Paşinyanın təklifi rədd edildi
20 Noyabr 2026
Ermənistanın müxalif “Güclü Ermənistan” fraksiyası ölkənin Baş naziri Nikol Paşinyanın yeni Konstitusiya ilə bağlı referendumun keçirilməsi ilə bağlı təklifini rədd edib.
TASSn xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında sözügedən fraksiyanın katibi Tiqran Abramyan danışıb.
O vurğulayıb ki, bu məsələ ilə bağlı bir neçə dəfə öz mövqelərini bildiriblər və hələ heç bir fikir dəyişikliyi baş verməyib.
T.Abramyanın sözlərinə görə, erməni xalqının fikrini öyrənmək məsələsinə gəldikdə isə, onlardan artıq iyunun 7-də (Ermənistanda parlament seçkiləri keçirilib – red.) fikirləri soruşulub və xalq öz cavabını verib.
Fraksiya katibi həmçinin Nikol Paşinyanın istefa vermək vədinə skeptik yanaşdığını qeyd edib.
Xatırladaq ki, Ermənistan Baş naziri noyabrın 19-da hökumətin iclası zamanı müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirilməsini təklif edərək yeni Konstitusiya rədd ediləcəyi təqdirdə istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkilərdə hökumət başçısı postuna namizəd olmayacağını bildirib.