"Avropa üçlüyü"nün Moskvaya səfəri hazırlanır
20 Noyabr 2026
Ukrayna üzrə yeni danışıqlar raundu ilə bağlı heç bir razılaşma yoxdur.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, Rusiyanın "Avropa üçlüyü"nün (Fransa, Almaniya və Böyük Britaniya-red.) nümayəndələrinin Moskvaya səfərini hazırladığını da söyləyib.
Qeyd edək ki, dünən Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Rusiyanın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mövqelərini dinləmək üçün avropalıları diplomatik kanallarla Moskvaya səfərə dəvət etdiyini açıqlayıb.