Paşinyan TRIPP-lə bağlı iclas keçirib
18 Sentyabr 2026
Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP ("Tramp marşrutu") layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün iclas keçirib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat verib.
"Xüsusən "TRIPP Development Company"nin (TDC) hüquqi və müqavilə çərçivəsi və qarşıda duran vəzifələr nəzərdən keçirilib, şirkət nizamnaməsinin layihəsi və səhmdar müqaviləsi üzərində görülən işlər təqdim edilib", - bəyanatda deyilir.
Bir gün əvvəl Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistan və ABŞ arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin Ermənistan Konstitusiyasına zidd olmadığı barədə qərar qəbul edib.
Konstitusiya Məhkəməsinin müsbət qərarından sonra saziş təsdiq üçün parlamentə göndəriləcək.
İyunun 4-də Ermənistan və ABŞ arasında Ermənistanda TRIPP layihəsi çərçivəsində strateji əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.
Xatırladaq ki, 2025-ci ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Tramp İrəvanın TRIPP layihəsi üçün çərçivə hazırlamaq məqsədilə Vaşinqton və üçüncü tərəflərlə əməkdaşlıqla bağlı bəyannamə imzalayıblar.
Layihə avtomobil, dəmir yolu və neft-qaz infrastrukturunun tikintisini nəzərdə tutur. TRIPP Azərbaycanın əsas hissəsini 42 kilometrlik yol vasitəsilə Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə, daha sonra isə Türkiyəyə birləşdirəcək.