Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

Ermənistan kommunikasiya və ticarət sahəsində regional layihələrin həyata keçirilməsi üçün Azərbaycan və Türkiyə ilə sıx işləyir.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "ŞƏT plyus" formatında keçirilən yüksək səviyyəli görüşdə bildirib.

Onun sözlərinə görə, Ermənistan belə bir qənaətə gəlib ki, digər ölkələrlə münaqişə vəziyyətində olan heç bir dövlət suveren və müstəqil ola bilməz.

Paşinyan bildirib ki, bu gün Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub və buna ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən tarixi görüş töhfə verib.

"İndi biz, təbii ki kommunikasiya və ticarət sahəsində regional layihələrin həyata keçirilməsi üzərində Türkiyə və Azərbaycanla işləyirik. Yaxın gələcəkdə reallaşdırılacaq bu layihələr Xəzər hövzəsinin Fars körfəzi ilə birləşdirilməsi üçün əlavə potensial yaradacaq və regionun bütün ölkələrinə fayda gətirəcək", - baş nazir bildirib.

Paşinyan həmçinin qeyd edib ki, Ermənistan çoxqütblülük prinsiplərini bölüşür.