Paşinyan: Ermənistanla Azərbaycan arasında sülhü möhkəmləndirmək istəyirik
03 Dekabr 2025
“Bir daha qeyd edirəm: bəli, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. Bizim vəzifəmiz bu sülhü möhkəmləndirməkdir”.
Ermənistan mediası xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
“Çox vacibdir ki, bunu da qeyd edək: çox şərti desək, Ermənistan və Azərbaycan arasında etimadın hər bir millimetr artması on santimetr praktik irəliləyiş deməkdir. Demək istəyirəm ki, bu gün mən sülh perspektivləri ilə bağlı, məsələn, 2025-ci il avqustun 15-i və ya 20-si ilə müqayisədə, xeyli daha nikbinəm”, - Baş nazir vurğulayıb.