Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir

Ermənistan və Rusiya arasında Ermənistan dəmir yolunun konsessiya əsasında idarə olunması ilə bağlı müzakirələr davam edir.

"arka.am" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

“Vəziyyət dəyişməyib, müzakirələr davam edir. Bu, çox həssas məsələdir. Bu, bizim mülkiyyətimizdir və biz öz mülkiyyətimizə istədiyimiz kimi sərəncam vermək imkanına malik olmalıyıq”, - Paşinyan deyib.

Qeyd edək ki, Ermənistan dəmir yolunun idarə olunması hazırda Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolları” şirkəti tərəfindən konsessiya müqaviləsi əsasında həyata keçirilir.