Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Ərdoğanla görüşmək üçün Putindən icazə istəyib?

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

“Hraparak” qəzeti telefon danışığından sonra Ermənistan və Rusiya tərəfinin yaydığı rəsmi məlumatlar arasında fərq olduğuna diqqət çəkib.

Qəzet yazır ki, Kremlin rəsmi məlumatına görə, Nikol Paşinyan Vladimir Putini Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına yönələn təmaslar barədə məlumatlandırıb. Ermənistan tərəfinin yaydığı məlumatda isə bu hissənin olmadığı bildirilir.

“Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü əsasında baş tutub və Kremlin məlumatına görə, Paşinyan Putinə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə atılan addımlar və əldə olunan razılaşmalar barədə məlumat vermək üçün zəng edib. Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Putindən icazə istəməsi də istisna edilmir”, - deyə məlumatda qeyd olunub.