Paşinyan: Azərbaycan və Ermənistan arasında sülh həm de-fakto, həm də de-yure müəyyən edilib
12 Oktyabr 2026
Azərbaycan və Ermənistan arasında sülh sazişi hələ imzalanmasa da, sülh müəyyən dərəcədə artıq həm de-fakto, həm də de-yure müəyyən edilib.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan RFI-yə müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, iki ölkə arasında sülh sazişi artıq paraflanıb. Paşinyan həmçinin xatırladıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh haqqında birgə bəyannamə qəbul edilib.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, 2024-cü ildə Bakı və İrəvan dövlət sərhədinin delimitasiyası ilə bağlı qanuni qüvvəyə malik ilk ikitərəfli sənəd imzalayıb və daha sonra ratifikasiya edib.
"Sualınıza cavab olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan və Ermənistan arasında sülh artıq müəyyən dərəcədə faktiki olaraq və de-yure müəyyən edilib", - Paşinyan deyib.