Logo
news content
User
Kateqoriyalar

Xəbər

Papanın Ukraynaya səfərinin tarixi açıqlandı

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən beş ay sonra Roma Papası Fransisk Ukraynaya səfər etmək niyyətindədir.

Bu barədə “Vatikan News” məlumat yayıb.

Vatikanın dövlətlərlə əlaqələr üzrə katibi Pol Riçard deyib ki, səfərin avqustda baş tutacağı gözlənilir.

Fransiskin Ukrayna səfərinə hazırlıq onun Kanadaya səfərindən sonra başlayacaq.

“Roma Papası əmindir ki, səfər etsə, müsbət nəticələr əldə edəcək. O, Ukrayna səfərindən sonra Moskvaya getməyə, Rusiya hakimiyyəti ilə görüşə hər zaman hazır olduğunu söyləyib", - deyə məlumatda qeyd olunub.