
Pakistanlı nazir Hindistanın hava təchizatını iflic etməklə hədələdi
28 Aprel 2025
Hindistanın hər hansı təxribat cəhdi cavabsız qalmayacaq, Pakistan xalqı ordusunun yanındadır və lazım gələrsə, birlikdə mübarizə aparmağa hazırdır.
"Dawn" agentliyi xəbər verir ki, Pakistanın dəmir yolları naziri Hənif Abbasi öz iqamətgahında Hindistanla bağlı son hadisələrə dair keçirdiyi mətbuat konfransında deyib.
Abbasi qeyd edib ki, Pakistanın müdafiə sistemləri tam hazır vəziyyətdədir və "Quri", "Qəznəvi", o cümlədən "Şahin" raketləri elə-belə istehsal edilməyib.
"Əgər Hindistan bizim su təchizatımızı kəssə, biz onların hava təchizatını kəsəcəyik", - Abbasi qeyd edib.