Logo
news content
User
Kateqoriyalar

Xəbər

Özbəkistan Rusiyanın ümidlərini puç etdi - Sizinlə deyilik

Özbəkistan Xarici İşlər Nazirliyi bəzi xarici ölkələrin liderlərinin rəsmi Daşkəndin Rusiya və Belarusun Birlik Dövlətinə daxil olması ilə bağlı bəyanatlarını “təxribat” hesab edir.

Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

“Son zamanlar bəzi nəşrlər xarici dövlətlərin ayrı-ayrı rəhbərlərinin Rusiya-Belarus Birlik dövlətinin genişlənməsi və Özbəkistan Respublikasının ona qoşulması ilə bağlı əsassız bəyanatlarını tirajlayırlar.

Bununla əlaqədar, Özbəkistan xarici tərəfdaşlarla dostluq münasibətlərinə xələl gətirə biləcək bu cür təxribat xarakterli hərəkətlərin yolverilməzliyini bir daha bəyan edir.

Özbəkistan Respublikası ölkənin müstəqilliyini və suverenliyini yalnız milli maraqlara əsaslanaraq təmin etmək məqsədilə bundan sonra da seçdiyi müstəqil inkişaf kursunu qətiyyətlə davam etdirəcək”, deyə bəyanatda deyilir.