Orban Ukraynanın üç yerə bölünəcəyini proqnozlaşdırdı
08 Sentyabr 2025
Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın gələcəkdə üç hissəyə bölünəcəyini hesab edir.
TASS xəbər verir ki, bu barədə o, Kyötçe şəhərində çıxışı zamanı deyib.
Orban əminliklə bildirib ki, Ukrayna üçün Avropada müzakirə olunan təhlükəsizlik zəmanətləri əslində Ukraynanın parçalanması deməkdir.
Onun proqnozuna görə, bu zəmanətlər yekunda Ukrayna ərazisində "Rusiya zonası", "demilitarizasiya zonası" və "Qərb zonası"nın yaranması ilə nəticələnəcək.