Novxanıda sürət qatarı yola çıxan piyadanı vurub öldürüb
12 Fevral 2026
Bakı-Sumqayıt marşrutu üzrə hərəkətdə olan sürət qatarı Novxanı sahəsindən keçən hissədə piyadanı vurub.
Dəmiryolu xəttinə çıxan ortayaşlı kişi qəfil qatar yoluna keçib və nəticədə həyatını itirib.
Hadisədən sonra qatarın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və fakt üzrə araşdırmalara başlanılıb.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib ki, 11 fevral tarixində saat 19:07-də Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olan qatarln yoluna qəfil insan çıxıb.
Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub:
"Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır".