Nəticəsiz görüş: Rusiya-Ukrayna danışıqları başa çatdı
10 Mart 2022
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başa çatıb. müzakirələr bir saat davam edib.
“Bu görüş üçün türkiyəli həmkarım Mövlud Çavuşoğluna təşəkkür edirəm”. Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Bu, müharibədən sonra Ukrayna və Rusiya XİN başçılarının ilk görüşü idi. Görüş həm çətin, həm də asan oldu. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım”, - o bildirib.
Onun sözlərinə görə, görüşdə 24 saatlıq atəşkəs və humanitar dəhlizlərin açılması məsələsini müzakirə ediblər: “Cənab Çavuşoğlu iki tərəfin maraqlarını yaxınlaşdırmaq naminə ciddi işlər gördü. Ən azından 24 saatlıq atəşkəsin elan olunması ümidi ilə Antalyaya gəldim. Humanitar dəhlizlərin işə düşməsinə ümid edirəm. Rusiya bunu istəmirsə, biz müharibəni dayandəra bilməyəcəyik”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə görüşdən sonra mətbuat konfransında digər ölkələrə hücum etmək fikirləri olmadığını iddia edib: "Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq edirik”.
“Bizim Qərb həmkarlarımız bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər”, - o bildirib.
S.Lavrovun sözlərinə görə, hazırda Ukraynada hərbi əməliyyatlar plan üzrə davam edir.