Ned Prays: "Rusiya sülh istəsəydi, qoşunlarını Ukraynadan çıxarardı"
06 Yanvar 2023
Cümə axşamı ABŞ Rusiya prezidenti Vladimir Putinin Milad Bayramında müvəqqəti atəşkəs elan etmək çağırışını qəbul etməyərək, bunu yenidən qruplaşmaq və Ukraynaya yeni hücum həyata keçirmək üçün "arsız hiylə" adlandırıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın sözlərinə görə, əgər Rusiya sülhə, müharibəyə son qoymağa ciddi yanaşsaydı, qoşunlarını Ukraynanın suveren ərazisindən çıxarardı.
O, deyib ki, Rusiyanın birtərəfli atəşkəs rejimi tətbiq etməsi yeni hücumlar üçün qüvvə toplamaq məqsədi daşıyır.
N.Prays xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken bir neçə həftə əvvəl Rusiyanın yenidən silahlanmaq, qruplaşmaq və hücuma keçmək üçün fasilədən istifadə edəcəyini proqnozlaşdırmışdı: “Biz əminik ki, Rusiyanın hazırkı bəyanatını atəşkəs kimi qiymətləndirmək olmaz”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dünən müdafiə naziri, ordu generalı Sergey Şoyquya Ukraynada bütün təmas xətti boyunca atəşin dayandırılması barədə göstəriş verib.
Mətbuat katibi Ned Prays belə deyib: "Bunu daha şiddətli, daha ölümcül yeni hücum üçün edirlər", xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Prays gündəlik brifinqdə jurnalistlər qarşısında çıxışında açıq şəkildə bildirib ki, Vaşinqton Putinin səmimiliyinə çox az inanır və əlavə edib ki, Kreml məmurları "onlara inanmaq üçün bizə heç bir əsas verməyib".
Putin bu cür çağırışlarla Qərbi manipulyasiya edir? Bu suala cavabda Prays deyib ki, əgər belədirsə, Putin "yanılır".
Praysın şərhi cümə axşamı ABŞ və Almaniyanın Ukraynaya əlavə döyüş texnikası göndərmək barədə razılıq əldə etməsindən sonra səslənib və bu qərar Kiyevin Rusiya ilə mübarizə üçün Qərbdən daha güclü tankları əldə edəcəyi mənasına gələ bilər. Belə ki, Vaşinqton Bradley zirehli maşını göndərəcək, Almaniya isə Ukraynaya Marder piyada döyüş maşını göndərmək niyyətindədir.
Amerikanın Ukrayna üçün təxminən 2,8 milyard dollar dəyərində yeni hərbi yardım paketinə 50-yə yaxın Bradley avtomobili daxil olacaq. Paketin bu gün təqdim ediləcəyi gözlənilir.