Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO-nun 10 qırıcısı Rumıniyaya gəlib

İtaliya HHQ-nə məxsus 10 “Eurofighter Typhoon” qırıcı təyyarəsi Rumıniyanın Konstansa vilayətindəki aviabazaya enib.

Bu barədə Rumıniya Ordusunun Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bazada NATO-nun komandanlığı altında 150 hərbçi rumıniyalı zabitlərlə birgə rotasiya qaydasında xidmət aparacaq.

Eyni zamanda cümə günü başqa bir hərbi bazaya İspaniyadan 6 ədəd “CF-18 Hornet” qırıcısı gəlib.