Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO gəmiləri Baltik dənizinə daxil oldu

NATO-nun 1-ci daimi dəniz qrupunun gəmiləri Baltik dənizinə daxil olub.


ERR portalı xəbər verir ki, onlar müttəfiq ölkələrlə təlimlərdə iştirak edəcəklər.


Portalın məlumatına görə, SNMG1 qrupu 5 gəmidən ibarətdir. Gəmilərin bir hissəsi cümə axşamı Baltik dənizinə daxil olub, qrupun qalan gəmiləri cümə günü Tallin limanının köhnə kruiz terminalına çatacaq.


Onların əsas vəzifəsi Baltik dənizi regionunda müttəfiqlərin mövcudluğunu nümayiş etdirmək və Estoniya donanması ilə təlimlər keçirməkdir.


Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı Yuri Saska bildirib ki, gələn həftə Estoniya dəniz piyadaları ilə birgə təlimlərə başlamaq planlaşdırılır.


Onun sözlərinə görə, təlimlər minaların quraşdırılması və aşkarlanması üçün həyata keçiriləcək.