Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibə planı işə düşdü: Rusiya Luqanskı atəşə tutur, Zelenski administrasiyası Kiyevdən köçürülür

Bu gün səhər saatlarından başlayaraq Ukraynanın Donetsk bölgəsində vəziyyət gərginləşin.

Səhər saatlarında separatçı “Donütsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın nümayəndələri Ukrayna ordusunu atəşkəsi pozmaqda ittiham ediblər. Guya ki, Ukrayna tərəfi Minsk razılaşması ilə qadağan edilmiş qumbaraatanlarla onların mövqeyini atəşə tutub.

Bu məlumat dərhal Rusiya KİV-i tərəfindən tirajlanmağa başlayıb, rəsmi telekanallarda isə Donbas və Luqanskı qorumaq üçün əməliyyata başlaya biləcəyi versiyaları irəli sürülüb.

Bir qədər öncə isə Rusiya ordusunun ağır artilleriya silahlarından istifadə etməklə Luqansk əyalətinə atəş açdığı barədə məlumat yayılıb. "Ukrayna Birləşmiş Qüvvələr əməliyyatı" mərkəzinin mətbuat xidmətinin məlumatına görə, atəş nəticəsində uşaq bağçasına ziyan dəyib.

Bu arada son dəqiqləşdirilməmiş məlumata görə, vəziyyətin gərginləşməsi səbəbilə Ukrayna Prezidenti Volodimir Zelenskinin administrasiyası və Ukraynanın Ali Radasının paytaxt Kiyevdən Lvov şəhərinə təxliyyəsi başlanıb.