Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanıldı

Müdafiə Nazirliyinin daha bir sabiq vəzifəli şəxsi saxlanılıb. Yerli KİV-lərin əldə etdiyi məlumata görə, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev dünən keçirilən əməliyyatla tutulub.

O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirilib.