Mövlud Çavuşoğlunun qardaşı güllələnib, vəziyyəti kritikdir
06 May 2026
Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğluna silahlı hücum olub.
Aydın Çavuşoğlunu ofisində güllələyiblər.
Məlumata görə, o, əməliyyat olunub, hazırda reanimasiyadadır. Vəziyyəti ağır olaraq qalır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.