Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskvada ticarət mərkəzində yanğın - 1500 nəfər təxliyə edildi

Moskvada böyük bir ticarət mərkəzində yanğın baş verib.

Bu haqda TASS fövqəladə hallar xidmətlərinə istinadən məlumat yayıb.

Yanğın Bolşaya Çeremuşkinskaya küçəsində yerləşən “RIO Sevastopolski” ticarət mərkəzinin havalandırma şaxtasında başlayıb. Binadan 1500 nəfər təxliyə edilib.

Daha sonra yanğının söndürüldüyü bildirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.