Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi

Səhər saatlarında Hörmüz boğazında İranın icazə vermədiyi marşrutla hərəkət edən üç tankerdə partlayış baş verib və güclü yanğın başlayıb.

Bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) ictimaiyyətlə əlaqələr şöbəsi öz saytında məlumat yayıb.

SEPAH-ın HDQ-si hadisələri tankerlərin naviqasiya və tanınma sistemlərini söndürməsi, eləcə də ABŞ ordusunun hərəkətləri ilə əlaqələndirib.

SEPAH-ın HDQ-si bildirib ki, İranın Hörmüz boğazından keçidlə bağlı müəyyən etdiyi qaydalar bütün gəmilərə dəfələrlə çatdırılıb. Qurum xəbərdarlıq edib ki, bu qaydaları pozaraq ABŞ hərbçilərinin köməyi ilə icazə verilməyən marşrutlarla hərəkət edən gəmiləri də eyni aqibət gözləyir.