Moskvada 3-cü mərtəbədən yıxılan 5 yaşlı uşaq sağ qalıb
15 Dekabr 2021
Moskvanın Vostoçnoye Biryulyovo rayonunda 5 yaşlı uşaq yaşayış binasının 3-cü mərtəbəsindən yıxılıb.
Bu barədə paytaxt prokurorluğunun “Telegram” kanalında məlumat verilib.
“Beş yaşlı uşaq Donbasskaya küçəsində yerləşən yaşayış binasının üçüncü mərtəbəsinin pəncərəsindən yıxılıb. Uşaq xəstəxanaya yerləşdirilib, ona lazımi tibbi yardım göstərilir”, məlumatda deyilir.
İlkin məlumata görə, mənzildə hadisə zamanı üç otaqlı mənzildə 6 azyaşlı və bir böyük şəxs olub.
Moskva prokurorluğu tərəfindən araşdırma davam etdirilir.(APA)