Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskava ilə Minsk hərbi təlimlərin müddətini uzadır

Moskva və Minsk Donbassdakı vəziyyətə görə müttəfiq dövlətin silahlı qüvvələrinin yoxlanmasını davam etdirmək qərarına gəliblər. Bunu Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin “Müttəfiqlərin Qətiyyəti - 2022” hərbi təlimlərin ilkin nəticələrinə yekun vurarkən deyib.

Xreninin sözlərinə görə, iki ölkənin hərbçiləri iki ölkənin müdafiə mərhələlərini daha ətraflı işləyəcəklər.

“Müttəfiqlərin Qətiyyəti - 2022” təlimləri Belarus ərazisində, Ukrayna ilə sərhədlərə yaxın ərazidə keçirilir.

Fevralın 10-da Belarusda başlayan hərbi təlimlər fevralın 20-də başa çatmalı idi.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov fevralın 17-də təlimlərin planlaşdırıldığı kimi, fevralın 20-də başa çatacağını deyib. Amma o da Rusiya qüvvələrinin bundan dərhal sonra Belarusu tərk edəcəyini söyləməyib.

NATO-nun şərq cinahı və Ukrayna ilə həmsərhəd Belarusda 30 min Rusiya əsgərinin iştirakıyla təlim keçirilir. Qərb Kremlin əsl niyyətindən narahatdır.

Belarusun Xarici işlər naziri Uladzimer Makey fevralın 16-da bildirib ki, Rusiya qüvvələri təlimlər bitən kimi Belarusu tərk edəcək.

Lukaşenka isə deyib ki, Rusiya qüvvələrinin “nə zaman, hansı şərtlərlə, hansı qrafiklə” çıxacağını Putinlə müzakirə edəcək.