Logo
news content
User
Kateqoriyalar

Xəbər

Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.

APA-nın BelTa-ya istinadən verdiyi xəbərə görə, iclasda Belarusun xarici işlər naziri Vladimir Makey çıxış edərək bildirib ki, bu, MDB Xarici İşlər Nazirləri Şurasının il ərzində keçirilən ikinci iclasıdır.

Nazirlər beynəlxalq arenada baş verən hadisələri və MDB daxilində əməkdaşlığı müzakirə edəcək.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iclasda iştirak edir.