Logo
news content
User
Kateqoriyalar

Xəbər

Minsk və Kiyev arasında diplomatik münasibətlər kəsilə bilər

Kiyev təxribatlarını davam etdirərsə, Belarus Ukrayna ilə diplomatik münasibətləri kəsə bilər.

Bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, avqustun 9-da Ukrayna dövləti ərazisindən buraxılan zərbə tipli pilotsuz uçuş aparatlar Belarus sərhədini pozub. Nəticədə hava hücumundan müdafiə sistemləri işə düşüb və PUA-lar məhv edilib.

Hadisə ilə əlaqədar Ukraynanın Belarusdakı müvəqqəti işlər vəkili Olqa Timuş Xarici İşlər Nazirliyinə çağırılıb.

“Ukraynalı diplomata sərt etiraz edilib və ona müvafiq nota təqdim edilib. Belarus tərəfi gələcəkdə regionda vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək oxşar hadisələrin qarşısının alınması üçün kompleks tədbirlərin görülməsini tələb edib. Ukraynalı diplomata xəbərdarlıq edib ki, belə təxribatlar təkrarlanarsa, Minsk Belarus ərazisini qorumaq üçün cavab addımları atmaq hüququnu özündə saxlayır”, - məlumatda vurğulanıb.