Minlərlə “Porshe”, “Lamborghini”, “Bentley”, “Audi” - Okeanın ortasında yanğın - FOTO/VİDEO
18 Fevral 2022
Almaniyadan Kanadaya minlərlə lüks avtomobil daşıyan yük gəmisində Atlantik okeanının ortasında yanğın başlayıb.
Gəminin heyət üzvləri xilas edilib, lakin aralarında “Porshe” və “Lamborghini” də olmaqla 4 minə yaxın lüks avtomobillə birlikdə gəmi hələ də yanmaqdadır.
Volkswagen qrupuna aid şirkətlərin istehsal etdiyi lüks avtomobilləri daşıyan “Felicity Ace” adlı yük gəmisi fevralın 10-da Almaniyanın Emden limanından yola çıxıb və ötən gün Kanadanın Davisville bölgəsindəki limana çatmalı idi. Lakin gəminin yük bölməsində fevralın 16-da yanğın başlayıb. 22 heyət üzvü gəmidən təxliyə edilib, yanğını lokallaşdırmaq mümkün olmayıb və alovlar nəhəng gəmini bürüyüb. İdarəetməni itirən gəmi Portuqaliyaya aid Azor adaları sahillərində, okean sularında dalğaların təsiri ilə sürüklənməyə başlayıb.
Portuqaliyanın təhlükəsizlik qüvvələri gəminin heyət üzvlərini təxliyyə edəndə gəmi Azor adaları qrupuna daxil olan Terceria adasından 200 dəniz mili məsafədə olub. Xilasetmə əməliyyatına bir vertolyot da cəlb edilib, xəsarət alan olmayıb. Gəminin göyərtəsində 1100 ədəd “Porshe”, o cümlədən 189 ədəd lüks “Bentley” avtomobili, habelə çoxsaylı “Audi” və “Lamborghini” avtomobilləri də olub. “Porshe” şirkətinin Şimali Amerika üzrə nümayəndəsi Luke Vandezande ötən gün axşam verdiyi açıqlamada gəmidə 1100 “Porshe” avtomobilinin olduğunu təsdiqləyib, onların aqibətini bilmədiklərini deyib.
Bu, “Volkswagen” qrupunun avtomobillərini daşıyan gəmidə ilk yanğın deyil. 2019-cu ildə də şirkətlər qrupuna aid lüks avtomobilləri daşıyan “Grande America” adlı gəmi yanaraq dənizdə batmışdı. Həmin gəmidə “Audi” və “Porshe” də daxil olmaqla 2 mindən çox lüks avtomobil vardı. (virtualaz)