Logo
news content
User
Kateqoriyalar

Xəbər

Messi futbolla vidalaşmasının anonsunu verdi

"Uzun müddət oynayacağımı düşünmürəm".

Bunu Argentina millisinin və Fransa PSJ-sinin futbolçusu Lionel Messi karyerası barədə "Mundo Deportivo" nəşrinə açıqlamasında deyib.

35 yaşlı forvard futbolla vidalaşdıqdan sonra da həyatının bu idman növü ilə bağlı olacağını bildirib: "Futbolu, sadəcə oynamağı və bundan zövq almağı sevirəm. Bütün həyatım boyu etdiyim yeganə şey futbol oynamaqdır".

Qeyd edək ki, Lionel Messi Argentina millisi ilə birlikdə noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatında iştirak edəcək.