Messi Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb
01 Sentyabr 2026
Lionel Messi Argentina millisindəki karyerasını başa vurub.
39 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.
Messi 2022-ci ildə milli komanda ilə dünya çempionu olub. O, 2021 və 2024-cü illərdə Amerika Kubokunun, 2008-ci ildə Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.
Təcrübəli oyunçu yığmada 125 qola imza atıb.