Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mərkəzi Bank bu il neftin qiymətini 70 dollardan yuxarı proqnozlaşdırır

Azərbaycan Mərkəzi Bankı neftin orta qiymətinin 2025-ci il üzrə 70 dollardan artıq olacağını proqnozlaşdırır.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

O deyib ki, AMB 2026-cı il üzrə də neftin qiymətlərinin 70 dollardan yuxarı olacağı gözləntisindədir:

"Mərkəzi Bankın bununla bağlı iyun proqnozu isə daha dəqiq olacaq. Həmçinin, təbii qazın orta qiymətini isə bu il üzrə 304 dollar proqnozlaşdırmışıq".

Qeyd edək ki, AMB bundan əvvəl 2025-ci il üzrə neftin qiymətini 77 dollar, təbii qazın qiymətini isə 349 dollar proqnozlaşdırmışdı.