Logo
news content
User
Kateqoriyalar

Xəbər

Meksikada baş verən yol qəzası nəticəsində 19 nəfər həlak olub

Meksikanın paytaxtı Mexikonu Puebla şəhəri ilə birləşdirən avtomobil yolunda yük maşını altı avtomobilə çırpılıb.

Yol qəzasında 19 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Toqquşmadan sonra bir neçə avtomobil tamamilə yanıb, ilkin ehtimala görə qəzaya səbəb yük avtomobilinin əyləc sistemində yaranan nasazlıq olub. Ölənlər arasında yük avtomobilinin sürücüsüdə var.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub, yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.(Trend)