Logo
news content
User
Kateqoriyalar

Xəbər

Meksika hökuməti əhaliyə xəbərdarlıq edib

Sakit Okean üzərindən Meksika sahillərinə doğru hərəkət edən "Pamela" tropik fırtınası yaxın saatlarda qasırğaya çevrilə bilər.

Bu proqnoz ölkənin meteoroloji xidməti tərəfindən açıqlanıb.

 

"Fırtınanın yaxın saatlarda Saffir-Simpson miqyasında 1-ci kateqoriyalı qasırğaya çeviriləcəyi ehtimal edilir. 2,5 m/s sürətlə şimal-qərb istiqamətində hərəkət edən qasırğa hazırda Jalisko ştatının sahillərindən 440 km aralıdadır”, məlumatda bildirilib.

Qeyd edilib ki, küləyin sürəti 30,5-36 m/s-yə çatır.

Mütəxəssislər "Pamela" nın sahilə endirəcəyi güclü yağışların daşqınlara və sürüşmələrə səbəb ola biləcəyini düşünür.

Hökumət potensial həssas bölgələrin sakinlərinə xüsusilə diqqətli olmağa çağırış edib.

Hazırda 3-cü kateqoriyalı qasırğa gücündə hərəkət edən “Pamela” oktyabrın 13-ü səhər Sinaloa ştatına çatacağı proqnozlaşdırılır.