Logo
news content
User
Kateqoriyalar

Xəbər

Media və ictimaiyyət nümayəndələri "Media haqqında" qanunla bağlı açıq müraciət ediblər

Bir sıra media və ictimaiyyət nümayəndələri bu günlərdə Milli Məclisə təqdim edilən “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi təklifi ilə bağlı açıq müraciət ünvanayıblar. Bildirilib ki, Milli Məclisində 1-ci oxunuşunda qəbul edilən “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi təklifinin media və ifadə azadlığını məh­dud­laş­dırmağa geniş imkanlar açmasından təəssüflənir, təklifin ictimai müzakirə testindən keçmədən, tələm–tələsik parlamentdə müzakirəsini demokratik dəyərlərə sayğısızlıq kimi qiymətləndirir, Milli Məclisi sözügedən layihəni gün­də­likdən çıxarmağa, geniş qatılımla işlənməsi üçün geri qaytarmağa çağırırıq.

Qeyd olunub ki, layihə ölkənin media ictimaiyyətinin habelə Azərbaycanın tərəfdaşlıq etdiyi Avropa Şurasının Venetsiya Komissiyasının, ATƏT-in Media Ofisinin müsbət rəyini almayıb.

"Milli Məclisin 2005-ci ildə qəbul etdiyi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu, media hüququ ekspertlərinin, yerli, beynəlxalq ictimaiyyətin iştirakı ilə hazırlanmışdı. Həmin Qanun, ictimai bilgilərə çatımla bağlı əlverişli qanuni mexanizmlər yaradıb, onu indi də beynəlxalq təşkilatlar, mütərəqqi ölkələr örnək kimi göstərirlər. Müzakirəyə çıxarılan “Media haqqında” qanuna münasibətdə bu yaxşı təcrübənin də görməzdən gəlinməsi təəssüf doğurur" - deyə müraciətdə bildirilib.

Müraciəti imzalayanlar:

İmzalar:

  • Akif Qurbanov- hüquqşünas

  • Alya Yaqublu- müstəqil jurnalist

  • Arif Əliyev- Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri

  • Aygün Muradxanlı - Prime TV

  • Aynur Elgünəş- müstəqil Jurnalist

  • Aytən Məmmədova- müstəqil jurnalist

  • Elçin Şıxlı- Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri

  • Elçin Rüstəmli- Jurnalist

  • Elçin Sadıqov- vəkil

  • Emin Hüseynov- RATİ

  • Emin Hüseynzadə- Media eksperti

  • Ələsgər Məmmədli -media hüququ mütəxəssisi, hüquqşünas

  • Əvəz Zeynallı- Xural TV-nin təsisçisi, jurnalist

  • Fariz Namazlı- vəkil

  • Hafiz Babalı- araşdırmaçı jurnalist

  • Xalid Ağaliyev - media hüququ mütəxəssisi, hüquqşünas

  • Kamran Mahmudov- müstəqil jurnalist

  • Qubad İbadoğlu- Biz TV-nin rəhbəri

  • Qulu Məhərrəmli- media mütəxəssisi, professor

  • Mehman Əliyev- Turan İnformasiya Agentliyinin rəhbəri

  • Mehman Hüseynov- Blogger

  • Natiq Cavadlı- müstəqil jurnalist

  • Nəsimi Məmmədli - Yayımların Monitorinq Mərkəzinin rəhbəri

  • Osman Gündüz- Azərbaycan İnternet Forumunun Prezidenti

  • Ramin Deko- müstəqil jurnalist

  • Rəsul Cəfərov- Bakı İnsan Hüquqları Klubunun rəhbəri, hüquqşünas

  • Rəşid Hacılı- media hüququ mütəxəssisi, hüquqşünas

  • Rizvan Qənbərli- Media mütəxəssisi

  • Rövşən Hacıbəyli- jurnalist

  • Sevinc Vaqifqızı- müstəqil jurnalist

  • Seymur Kazımov- media eksperti

  • Şahin Nəcəfov- Prime TV

  • Şahvələd Çobanoğlu- jurnalist

  • Şəhla Hümbətova- vəkil

  • Şəmşad Ağa- jurnalist, Arqument.az saytının baş redaktoru

  • Ülkər Abdullayeva- jurnalist

  • Qabil Abbasov - Pressklub.az saytının baş redaktoru

  • Şahin Cəfərli - Pressklub.az saytının baş redaktorun müavini