Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mask smartfon istehsal edəcək

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask, əgər Apple və Google bu şirkətlərə məxsus App Store və Google Play ilə işləyən cihazlar üçün “Twitter” tətbiqini əlçatan etməyəcəksə, öz smartfon modelini buraxacağına söz verib.

Bu barədə biznesmen tviterdə yazıb.

“Ümid edirəm ki, buna gəlməz. Amma başqa seçimim olmasa, alternativ telefon yaradacam. Marsa uçmaq üçün raketlər hazırlayan bir insanın sadə kiçik smartfonu hazırlamaq çətin olmayacaq”, - o qeyd edib.