Mask Avropa İttifaqının ləğvini təklif edib
07 Dekabr 2025
Amerikalı sahibkar İlon Mask Avropa İttifaqının ləğv edilməsinin zəruri olduğunu bildirib.
Amerikalı milyarder bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Avropa İttifaqı aradan qaldırılmalıdır və suverenlik fərdi ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər”, – deyə Mask yazıb.
O, həmçinin bürokratiyanın Avropanı “yavaş-yavaş boğduğunu” qeyd edib. Eləcə də iş adamı ABŞ-nin Avropa İttifaqını məhz nədən qoruduğunu da sorğu-sual edib.