Logo
news content
User
Kateqoriyalar

Xəbər

Leysan yağışı 15 zəvvarı o dünyalıq etdi


Hindistanda leysan yağış nəticəsində 15 nəfər ölüb.




NDTV kanalı xəbər verir ki, hadisə Amarnath mağarası ərazisində baş verib.

Daha 40 nəfərin itkin düşdüyü bildirilir.

Hind-Tibet sərhəd polisinin nümayəndəsinin məlumatına görə, ölənlərin hamısı mağaranı ziyarətə gələnlər olub.

Məlumata görə, hava şəraiti sabitləşən kimi ziyarət gerçəkləşəcək.