Logo
news content
User
Kateqoriyalar

Xəbər

Laricani müharibədə İslam dünyasından kömək istəyib

İran danışıqlar zamanı ABŞ-İsrail təcavüzünə məruz qalıb və bu hücum İslam Respublikasının Ali rəhbəri, eləcə də bir sıra mülki şəxslərin və hərbi liderlərin ölümünə səbəb olub.

İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin müsəlman ölkələrinə altı bəndlik müraciətində yer alıb.

"Lakin təcavüzkarlar İran xalqının sarsılmaz milli və islami müqaviməti ilə qarşılaşıblar",- o bildirib və əlavə edib ki, nadir hallar istisna olmaqla və yalnız siyasi mövqelər çərçivəsində heç bir İslam ölkəsi İran xalqının yanında yer almayıb:

"Buna baxmayaraq, İran xalqı öz güclü iradəsi ilə təcavüzkarları əzməyi bacarıb, hətta düşmən dalana dirənib və çıxış yolu tapmaqda aciz qalıb. İran Amerika və İsraillə qarşıdurmada müqavimət yolu ilə irəliləyir".

Laricani ABŞ-nin bazaları olan ölkələri tənqid edib və İsrailin İrana hücumuna dəstək verənləri qınayıb. Müraciətin 5-ci bəndində o, İslam dünyasının gələcəyinin təhdid altında olduğunu qabardıb. "İslam dünyası birləşsə, bütün ölkələrin təhlükəsizlik, tərəqqi və müstəqilliyi təmin edilər",- o qeyd edib.