Logo
news content
User
Kateqoriyalar

Xəbər

KXDR Yapon dənizinə naməlum mərmi atıb

KXDR çərşənbə axşamı Yapon dənizinə mərmi atıb.

Bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, naməlum mərmi buraxılıb. Onun haqqında başqa heç bir məlumat verilmir.

Yaponiyanın Sahil Mühafizəsi öz növbəsində, KXDR-in Yapon dənizinə ballistik raket buraxdığını bildirib və raketin ərazidəki balıqçı gəmilərinə düşmə riski barədə xəbərdarlıq edib.

Yaponiyanın baş nazirinin dəftərxanası yanında KXDR-in ehtimal edilən ballistik raket buraxması ilə əlaqədar böhran qərargahı yaradılıb. Bu barədə NHK telekanalı məlumat verib.(Report)