Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə olub
20 İyul 2025
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib
Hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.
Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10 nəfərdən çox qonaq qidadan zəhərlənib.
Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.