Logo
news content
User
Kateqoriyalar

Xəbər

Krımda növbəti "müəmmalı" partlayışlar

Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib.

UNIAN-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib. Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.

Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub.

Ardınca Canköy rayonunda ikinci partlayış baş verib. Ərazidəki transformator yarımstansiyasında da partlayış olub.

Rusiya Müdafiə Nazirliyi Krımın Canköy rayonundakı hərbi hissədə baş vermiş partlayışı təsdiqləyib. İddia olunur ki, hadisə nəticəsində ciddi itki olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir: “Hadisənin səbəbləri araşdırılır”.

Artıq yerli sakinlər Krımın Mayskoye kəndindən çıxarılır. Bu barədə Mayskoye kənd yaşayış məntəqəsinin administrasiyasından bildirilib.

Məlumata görə, onlar öz maşınları və ya qonşuları ilə birlikdə kəndi tərk edirlər. Buna imkanı olmayanlar isə avtobuslarla təxliyə edilirlər.

Xatırladaq ki, bundan əvvəl Krımda hərbi aerodomda da partlayış olub.