Koronavirusun daha bir ştammı aşkar edilib
26 Noyabr 2021
Koronavirusun növbəti ştammı Cənubi Afrika Respublikasında (CAR) aşkar olunub.
Tədqiqatçılar şərti olaraq B.1.1.529 adlandırdıqları ştammın daha yoluxucu və təhlükəli olduğunu bildirirlər. Virusoloqlar CAR-ın Səhiyyə Nazirliyində keçirdikləri konfransda bildiriblər ki, yeni ştammın mutasiyaları həddindən artıq çox, yayılma təhlükəsi böyükdür.
Tədqiqatçıların fikrincə, yeni ştamm Delta variantından daha sürətlə yayılaraq dünyada dominant ola bilər. CAR-ın Yoluxucu Xəstəliklər İnstitutunun məlumatına görə, artıq yeni variant 2 ölkədə 20-dən çox şəxsdə tapılıb. Yoluxma gənclərdə daha çox baş verir.