Logo
news content
User
Kateqoriyalar

Xəbər

Koçaryan 2026-cı ildə seçkilərə gedəcək

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bildirib ki, onun komandası 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək.

Ermənistan KİV-i xəbər verir ki, o bunu mətbuat konfransında deyib.

"Hesab edirəm ki, 2021-ci il seçkiləri göstərdi ki, mənim müəyyən təsirim və seçicilərin bir hissəsini birləşdirmək imkanım var", - deyə o qeyd edib.

Onun sözlərinə görə, sosioloji sorğular göstərir ki, onun iştirakı halında komandası siyasi qüvvənin istənilən digər nümayəndəsinin iştirakına nisbətən daha çox səs toplayacaq.