Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin 9-cu sammiti çərçivəsində Ermənistanın hökumət başçısı Nikol Paşinyanla görüşüb.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin yüksək inkişaf səviyyəsini vurğulayıblar.

Görüşdə regiondakı vəziyyətə, eləcə də sülh və sabitliyin müstəsna əhəmiyyətinə diqqət yetirilib.

Tərəflər həmçinin müxtəlif sahələrdə, o cümlədən çoxtərəfli formatlar çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İrakli Kobaxidze beynəlxalq arenada Gürcüstana göstərdiyi dəstəyə görə erməni həmkarına təşəkkürünü bildirib.