Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kliçkodan kiyevlilərə şad xəbər: "9 maydan sonra..."

Mayın 8-9-dan sonra Rusiya ilə genişmiqyaslı müharibəyə görə paytaxtı tərk edən sakinlər geri qayıtmağa başlaya bilərlər.

Bunu Kiyev meri Vitali Kliçko şəhər sakinlərinə xitabən deyib.

Bununla yanaşı, mer mövcud təhlükəni nəzərə alaraq hələlik Kiyevə qayıtmağa tələsməməyi tövsiyə edib:

"Təcavüzkarın hədəfi paytaxt olub və hələ də belədir. Şəhərətrafı ərazilərdə, meşəlik ərazilərdə çoxlu sayda mina var. Hərbçilər deyirlər ki, bu ərazilərin əksəriyyəti təhlükəli olaraq qalır".

Kliçko hələlik təhlükəsizliyə zəmanət verə bilmədiklərini desə də, paytaxt sakinlərinə müjdə də verib:

"Lakin 8-9 maydan sonra tədricən paytaxta qayıtmaq mümkün olacaq".