Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kəlbəcərdə yol çəkilişi zamanı qəza olub, ölən var -VİDEO

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

[video width="576" height="416" mp4="https://pressklub.az/wp-content/uploads/2021/10/kelbecer.mp4"][/video]