Kəlbəcərdə hərbçi minaya düşüb
06 Avqust 2025
Goranboy sakini Kəlbəcərdə minaya düşüb.
Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.
O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.
1986-cı il təvəllüdlü Tanrıverdiyev Emin Möhübbət oğlu müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur (MAXE).
Faktla bağlı araşdırma aparılır. (APA)