Logo
news content
User
Kateqoriyalar

Xəbər

Keçmiş siyasi məhbus prezident oğluna qarşı - Seçki-2022

Keçmiş siyasi məhbus və Türkmənistan hökumətinin qatı tənqidçisi ölkədə keçiriləcək növbədənkənar prezident seçkisində iştirak edəcəyi barədə niyyətini bəyan edib.

O bildirib ki, bu addımı Türkmənistanda “diktaturaya” son qoyulması üçün atmaq istəyir.



YouTube platformasında yaydığı müraciətində Geldı Kyarizov deyib ki, o seçkiyə qatılmaq qərarına prezident Qurbanquli Berdıməhəmmədovun oğlu Sərdarın namizədliyi irəli sürüldükdən sonra gəlib.

Kyarizov deyib ki, o Berdıməhəmmədovun “bir firon kimi” hakimiyyəti oğluna ötürmək niyyətindən hiddətlənib.

71 yaşlı Kyarizov 2002-ci ildə ovaxtkı prezident Saparmurat Niyazova sui-qəsd cəhdində iddia olunan iştirakına görə məhkun edilib və bundan sonra dəfələrlə həbsxana cəzaları çəkib.

Ona və ailəsinə 2015-ci ildə Türkmənistanı tərk etmək icazəsi verilib və həmin vaxtdan bəri ailə Avropa İttifaqının adı açıqlanmayan ölkəsində məskunlaşıb.

İnsan haqları təşkilatları bildirirlər ki, Türkmənistan 1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqil olandan bəri ölkədə bir dəfə də olsun azad və ədalətli seçki keçirilməyib.

Prezidentin 40 yaşlı oğlu Sərdar Berdıməhəmmədovun prezidentliyə namizədliyi fevralın 15-də elan edilib.

Namizədliyi qeydə alınmış digər üç namizədin hamısı Berdıməhəmmədovu dəstəkləyir.

Berdıməhəmmədovun oğlu prezidentliyə namizəd oldu

Türkmənistanda Mərkəzi Seçki Komissiyası erkən prezident seçkisi kampaniyasının açılışını elan edəndən bir neçə saat sonra prezident Qurbanqulu Berdıməhəmmədovun oğlu prezidentıliyə namizəd göstərilib.



40 yaşlı Sərdar Berdıməhəmmədovun namizədliyi fevralın 14-də hakim Demokratik Partiyanın qurultayında irəli sürülüb.

Ondan başqa bu seçkidə üç siyasi partiyadan üç namizəd də var. Onların üçü də Qurbanquli Berdıməhəmmədova sədaqətli olduqlarını bəyan etmişdilər.

Erkən seçki martın 12-ə təyib edilib.

Bundan bir neçə gün əvvəl 64 yaşlı Berdıməhəmmədov istefa vermək niyyətində olduğuna işarə etmişdi.

Qurbanquli Berdıməhəmmədov fevralın 12-də hakim partityanın qurultayında etdiyi çıxışda hakimiyyəti “gənc liderlərə” ötürmək istədiyini demişdi.

Bir çox müşahidəçilər söhbətin Sərdardan getdiyini deyirdilər.

Bundan başqa onun bir neçə yüksək vəzifələri var. O həm də Təhlükəszilik Şurasının üzvüdür.

Türkmənistanda prezident kampaniyası başlanır



Türkmənistanın Mərkəzi Seçki Komissiyası vaxtından əvvəl prezident seçkisinin birinci mərhələsinə başlayıb. Sərt nəzarət altında olan bu Orta Asiya ölkəsində qeydiyyatdan keçmiş üç siyasi partiyadan namizədlərin irəli sürülməsi prosesidir.

Avtoritar lider Qurbanquli Berdiməhəmmədov istefa planını açıqlayandan üç gün sonra komissiya seçki kampaniyasına start verib.

Siyasi partiyalar

Qeydiyyatdan keçmiş partiyalar hakim Türkmənistan Demokratik Partiyası və hakim partiyaya sadiq digər iki partiyadır – Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası. Ölkədə əsl müxalifət partiyası yoxdur və mövcud partiyalar Berdiməhəmmədovu dəstəkləyir.

Martın 12-də vaxtından əvvəl prezident seçkisinin keçiriləcəyi fevralın 12-də açıqlanıb. Berdiməhəmmədov parlamentin yuxarı palatasının fövqəladə iclasında deyib ki, hakimiyyət “gənc liderlər”ə təhvil verilə bilər deyə, o, kənara çəkilmək niyyətindədir. Bir çox müşahidəçilər bunu prezidentin hakimiyyəti oğlu Sərdara ötürmək istəməsi kimi yozurlar.

Sərdar siyasət meydanında

Berdiməhəmmədovun hakimiyyəti oğlu Sərdara təhvil vermək istəməsi haqda bir ildir şayiələr dolaşır. Oğul sentyabrda 40 yaşına çatıb və artıq konstitusiya onun prezident olmasına imkan verir.



Sərdar Berdiməhəmmədov siyasi meydana ötən il atılıb, biri baş nazirin müavini olmaqla bir neçə rəsmi vəzifəyə təyin edilib. O həmçinin Dövlət Təhlükəsizlik Şurasının üzvüdür.

Hakimiyyətə keçəcəyi halda o, nəhəng enerji resursları, təbii qaz ehtiyatlarına baxmayaraq, Avrasiyada ən yoxsul ölkələrindən birini idarə edəcək.

Ata Berdiməhəmmədov hakimiyyətə 2006-cı ildə, uzun müddət prezident olmuş Saparmurad Niyazovun ölümündən sonra gəlib. O, parlamentin iclasından nə vaxt istefaya gedəcəyini açıqlamayıb.

İnsan haqları qrupları Türkmənistanın 1991-ci ildə dağılmış Sovet İttifaqından müstəqillik əldə edəndən sonra bircə dəfə də olsun azad və ədalətli seçki keçirmədiyini bildirir.