Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kanada Ukraynaya 39 müasir zirehli maşın vəd etdi

Kanada Ukraynaya “General Dynamics” şirkətinin istehsal etdiyi 39 müasir zirehli maşın verəcək.

“Reuters“ xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand açıqlama verib.

Onun sözlərinə görə, Kanada Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstək olmaq üçün 39 zirehli maşın göndərəcək.

Dünyanın ən böyük hərbi və aerokosmik texnika istehsalçılarından biri olan “General Dynamics” şirkəti təcili yardım, xilasedici və ya hərbi personalın daşınması üçün maşınlar istehsal edir.

Müdafiə nazirinin sözlərinə görə, Ukraynaya göndəriləcək 360 maşın 2019-cu ildə Kanada ilə “General Dynamics Land Systems” tərəfindən imzalanan milyardlıq müqavilə əsasında baş tutacaq.

"Bu 39 avtomobil bu yay göndəriləcək, qalan 360 avtomobil isə yaxın bir neçə ay ərzində təhvil veriləcək", - deyə Anand bildirib.