Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kadırov Qərbə səsləndi: "Rusiya ilə əməkdaşlığa yenidən baxmalısınız"

"Qərb siyasətçiləri Rusiyanın dağılması strategiyasından uzaqlaşmalı və onunla necə əməkdaşlıq quracaqlarını düşünməlidirlər".

Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Görünür, Qərb dünyası hələ də bir şeyi başa düşə bilmir. İndiki Rusiya Qorbaçovun respublikaları deyil və o, çevriliş, defisit və defolt üzərində qurulmuş Yeltsinin də ərazisi deyil. Bu, daha güclü və qüdrətli Rusiyadır. Və siz, Qərb siyasətçiləri, Rusiyanın dağılması strategiyasına deyil, son 20 ildə güclü siyasi quruluşa malik, strateji hədəflərə uyğun yenidən qurulmuş, möhkəm və əyilməz bir dövlətə çevrilmiş bir ölkə ilə əməkdaşlığa yenidən baxmalısınız”, - Kadırov bildirib.