Logo
news content
User
Kateqoriyalar

Xəbər

İtirilmiş on dörd il - İsaak Hersoq Türkiyəyə səfər edib

İsrail Prezidenti İsaak Hersoq Türkiyəyə səfər edib. Qeyd edək ki, bu, son 14 ildə İsrail Prezidentinin Türkiyəyə ilk səfəridir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsaak Hersoqu Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılayıb. İ.Hersoq fəxri qarovul dəstəsinin önündən keçib. O, Anıtqəbiri də ziyarət edərək Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün qəbri üstünə əklil qoyub.

Sonra iki ölkə prezidentlərinin təkbətək görüşü başlayıb. Görüşdə sonra prezidentlər mətbuat üçün açıqlamalar veriblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransında deyib ki, İsraillə birgə hədəfləri ölkələri arasında hörmətə əsaslanan siyasi dialoqun yenidən canlandırılmasıdır.

Ərdoğan İsrail Prezidenti Hersoqun ölkəsinə səfərini tarixi ziyarət kimi qiymətləndirib.

Bu səfərin Türkiyə-İsrail əlaqələrində yeni bir dönüş nöqtəsi olacağına inanıram. Bölgəmizdə sülh, sabitlik və birgəyaşayış mədəniyyətinin hakim olmasına töhfə vermək bizim əlimizdədir", - Türkiyə dövlət başçısı qeyd edib.

O, iki dövlətli həll yoluna əhəmiyyət verdiklərini Hersoqun diqqətinə çatdırdığını vurğulayıb.

İsaak Hersoq da İsraillə Türkiyə arasında əməkdaşlığın inkişafının təkcə iki ölkənin deyil, regionun da xeyrinə olacağını deyib.

"İsrail və Türkiyə əməkdaşlıq etməlidir, bu, bölgəmizə kəskin şəkildə təsir edəcək. Məqsəd ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafı üçün əsas yaratmaqdır”, - Hersoq əlavə edib.

Dövlət başçısı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun apreldə İsrailə səfər edəcəyini də bildirib.